IQNA

 “Nəksə” faciəsindən indiyədək 1 milyon fələstinli həbs edilib

11:24 - June 06, 2021
Xəbər sayı: 3489994
Fələstinin Əsirlər və Qaçqınların İşi Heyəti son hesabatında bildirib ki, “Nəksə” (Nikbət = Bədbəxtlik) faciəsindən bu günədək sionist rejimi 1 milyon fələstinlini həbs və əsir edib.

Fələstinin Əsirlər və Qaçqınların İşi Heyəti son hesabatında bildirib ki, “Nəksə” (Nikbət = Bədbəxtlik) faciəsindən bu günədək sionist rejimi 1 milyon fələstinlini həbs və əsir edib.

Hesabatda deyilir ki, Şərqi Qüds, İordan çayının qəbr sahilləri və Qəzza zolağı işğal edildiyi keçən 54 il ərzində terrorist sionist rejimi tərəfindən həbs və əsir edilən bir milyondan çox fələstinlinin 17 mindən çoxunu qız və xanımlar və 50 mindən çoxunu uşaqlar təşkil edib.

Bundan əlavə qondarma sionist rejiminin həbsxanalarında keçən 54 il ərzində 226 fələstinli əsir şəhid edilib.

“Yəvmun-Nəksə” ərəblərin sionist rejimi qarşısında apardıqları müharibədə məğlub olduğu günə deyilir. Bu hadisə 1967-ci ilin İyun ayının 5-də baş verib. Misr, Suriya, İordaniya və İraqın sionist rejimə qarşı altı günlük müharibəsi ərəblərin məğlubiyyəti ilə başa çatıb. Sionist rejimin Qüds, Qəzza zolağı, İordan çayının qəbr sahillərini, Sina səhrası və Cövlan təpəliklərini işğal etdiyi bu müharibədə 15 mindən 25 minədək ərəbin öldürüldüyü deyilir. /iqna

captcha